AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində yerləşən bir sıra orta məktəblərdə, həmçinin Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada və Sumqayıt şəhər 10 saylı peşə liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib. 16 sentyabr 2021-ci il


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayonu ərazisində fəaliyyət göstərən “Azərpambıq ASK" və "P-Aqro" Məhdud Məsuliyyətli cəmiyyətlərinin pambıq qəbulu məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirib. 16 sentyabr 2021-ci il


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. 16 sentyabr 2021-ci il


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb... 


Qax rayonunun Ağyazı kəndi yaxınlığında açıq ərazidə 50 ha sahədə quru ot və kol-kos yanıb...


Goranboy rayonunun Qaraçinar kəndində ümumi sahəsi 156 m² olan (hər mərtəbəsi 78 m², 2-ci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb...

Ümumi məlumat


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin  təhlükəsiz istismarına texniki nəzarəti, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Xidmət kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini və istismarına texniki nəzarəti təşkil edir və həyata keçirir, kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarının təhlükəsizliyinə nəzarət edir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti və əlaqələndirməni həyata keçirir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda insanların axtarışını və xilas edilməsini təmin edir.

 

Xidmətin vəzifəsi.

kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir, kiçikhəcmli gəmilərə dövlət (bort) nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir, kiçikhəcmli gəmi sürücülərinin hazırlığı üzrə kursları bitirmiş şəxsləri imtahandan keçirir və imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə sürücülük vəsiqəsi verir, dalğıc və xilasedicilərin hazırlanmasını təşkil edir, onların peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür, çimərliklərin yaradılması və fəaliyyətinin təşkili zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həmçinin kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, elecə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir.

Əhalinin maarifləndirilməsi.

kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparır və bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir.

Üzmə təhlükəsizliyi.

konstruksiyasından və gücündən asılı olaraq gəminin sərnişin tutumunu, yükgötürümünü, mühərriklərin maksimal gücünü və sayını, yelkənlər üçün yolverilən sahəni, üzmə ərazisini, gəminin üzməsi üçün yolverilən dalğa hündürlüyünü, gəminin sualtı hissəsini və minimal suüstü bortunu, onun xilasetmə və yanğındanqoruma vasitələri ilə, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı ilə bağlı məcburi şərtləri, normaları və texniki tələbləri müəyyən edir, kiçikhəcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görür.

Rəhbərlik haqqında məlumat


Fəradov Rüfət Lətif oğlu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayor.
16 dekabr 1960-cı ildə Bakı şəhərində anadan olub. SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbini və SSRİ DİN Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Ailəlidir, 2 övladı var

Məmmədov Fəxrəddin Nağı oğlu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
01 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

 

Cəbiyev Elxan Əjdər oğlu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini.
19 aprel 1953-cü ildə Bakı şəhərində anadan olub. SSRİ Moskva Mülki Müdafiə Məktəbini və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Ailəlidir, 2 övladı var.

Xanlarov Kamal Rəhman oğlu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini daxili xidmət kapitanı.
03 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir, 1 övladı var.