AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. 19 yanvar 2022-ci il


FHN Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. 19 yanvar 2022-ci il


20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında anım tədbiri keçirilib. 19 yanvar 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac, 4 ədəd açar və giriş kabeli 2 p.m yanıb.

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 

Yanğınların söndürülməsi

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;

Nəticələrinin aradan qaldırılması

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;

Normativ tənzimləmə

Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.

Rəhbərlik haqqında məlumat


Əsədov Füzuli Xanış oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru.
10.11.1961-cü ildə Ermənistan Respublikasının Sisian rayonunda anadan olub. 
Dadaş Bünyatzadə ad. Xalq Təsərrüfatı İnstitutu və Rusiyanın Moskva Gömrük Akademiyasını bitirib. 
Ailəlidir. 2 övladı var. 

 

Novruzov Əkbər Nəməd oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
17 mart 1970- ci ildə anadan olub.
1993- cü ildə Azərbaycan Texniki Universitetini, 2009-cu ildə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetini bitirib.
Ailəlidir. 2 övladı var. 

 

Xudiyev Rza Xudu oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
25.12.1963-cü ildə Bakı şəhərində anadan olub. 
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. 
Ailəlidir. 2 övladı var.