AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 fevral 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

03 fevral 2019-cu il saat 12:45-dək:

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanmışdır.

03 fevral 2019-cu il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, qarlı və şaxtalı hava şəraitində yolların buz  bağlaması səbəbindən “Nissan” markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalmışdır.

03 fevral 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Xətai rayonunda "Daewoo" markalı sərnişin avtobusunun arxa təkəri yanmışdır. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur.

03 fevral 2019-cu il saat 07:00-dək:

Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət tövlənin yanar konstruksiyaları yanmışdır...

02 fevral 2019-cu il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən...

02 fevral 2019-cu il saat 15:30-dək:

Xaçmaz rayonunun Tel kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 15 m² sahədə yanmışdır...

02 fevral 2019-cu il saat 12:45-dək:

Şəki şəhərində "Mercedes" markalı minik avtomobilinin idarəetmə lövhəsində elektrik avadanlıqları qismən yanmışdır... 

02 fevral 2019-cu il saat 07:00-dək:

Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 96 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 46 m² sahədə yanmışdır...

02 fevral 2019-cu il 02:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...  

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr