AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

16 fevral 2019-cu il saat 15:30-dək:

Ucar  rayonunun Pirkənd kəndində ümumi sahəsi 150  m² olan tövlənin çardağının yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılmış 600 kq ot bağlaması yanmışdır...

16 fevral 2019-cu il saat 14:50-dək:

Sumqayıt şəhərində orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə və bitişik digər binanın dam örtüyü 1 m² sahədə yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunmuşdur...

16 fevral 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində mebel 3 m² sahədə və 1 ədəd məişət avadanlığı yanmışdır.

15 fevral 2019-cu il saat 18:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanmışdır. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkar olunmuşdur.

15 fevral 2019-cu il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çinartala kəndində “Ford” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılmışdır.

15 fevral 2019-cu il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

15 fevral 2019-cu il saat 15:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanmışdır. Yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 15 m² sahədə ərimişdir.

15 fevral 2019-cu il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

15 fevral 2019-cu il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

15 fevral 2019-cu il saat 08:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər üçmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr