03 aprel 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 6 kv.m sahədə yanmışdır.
03 aprel 2016-cı il saat 21:15-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
03 aprel 2016-cı il saat 19:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
03 aprel 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:
Beyləqan rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan talvarın altına yığılmış 12 ton ot bağlamasının 8 tonu yanmışdır.
03 aprel 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:
Ağsu rayonu, Pirhəsənli kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 8 otaqlı evin bir otağının tavanı 26 kv.m, döşəməsi 5 kv.m və ev əşyaları 5 kv.m sahədə yanmışdır.
03 aprel 2016-cı il saat 06:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir həlqənin sıxılaraq qalması barədə məlumat daxil olmuşdur.
03 aprel 2016-cı il saat 02:30-dək, ilkin məlumata əsasən:
Quba rayonu, Birinci Nügədi kəndində vətəndaşa məxsus “Vaz” markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
03 aprel 2016-cı il saat 01:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...
03 aprel 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:
Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m. sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır...