AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

16 aprel 2016-cı il saat 21:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda göldə 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışına başlamışlar....

16 aprel 2016-cı il saat 19:45-dək, ilkin məlumata əsasən

Şəki rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 aprel 2016-cı il saat 17:15-dək, ilkin məlumata əsasən

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan tövlənin yanan kanustruksyaları, içərisində 25 kv.m sahədə döşəmə və 1 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından muhavizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 aprel 2016-cı il saat 10:40-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə Biləsuvar rayonu, Səmədabad kəndi ərazisindən keçən su kanalında 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır. Əlavə məlumat...

16 aprel 2016-cı il saat 08:00-dək, ilkin məlumata əsasən

Cəlilabad rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan mətbəxin yanar konstruksiyalaırı və ev əşyaları 18 kv.m sahədə yanmışdır.

16 aprel 2016-cı il saat 03:00-dək, ilkin məlumata əsasən

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır.

15 aprel 2016-cı il saat 22:00-dək, ilkin məlumata əsasən

Gədəbəy rayonu, Göyəlli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

15 aprel 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

15 aprel 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən

Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 2 otaqlı evin lambirdən ibarət tavanı 32 kv.m sahədə yanmışdır.

15 aprel 2016-cı il saat 14:45-dək, ilkin məlumata əsasən

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1 otağında televizor yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr