Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1953-cü il təvəllüdlü İsmayılov Telman Bəhram oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1958-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır.
Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 218 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin dam örtüyü, 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 84 kv.m sahədə və ev əşyaları yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1949-cu il təvəllüdlü 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.
Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahədə və tövlənin içərisinə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonu Hacıqərvənd kəndində Su kanalına camışın düşməsi barədə məlumat daxil olmuşdur...