Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının kilidinin sınması nəticəsində yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən...
Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə...
Şəmkir şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şabran rayonu, Aygünlü kəndində (rayon mərkəzindən 22 km aralı) Aygünlü Kənd Bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı meyvə bağları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Quba şəhərində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin 1 otağında əşyalar 52 kv.m sahədə yanmışdır. Yanğın saat 13:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Samux rayonu, Sərkar kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 122 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evin 2 otaq və mətbəxinin yanar konstruksiyaları 72 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 122 kv.m sahədə yanmışdır.