AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

19 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü qarın yağması nəticəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın çökərək evin giriş hissəsini bağlaması və sakinlərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

19 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

19 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

19 mart 2022-ci il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

19 mart 2022-ci il

19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı...

18 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

18 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.

18 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

18 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

18 mart 2022-ci il

Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, belə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr