AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Ulduz” stansiyasında təlim keçirilib. 01 aprel 2023-cü il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 01 aprel 2023-cü il


Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib. 31 mart 2023-cü il


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub...


Salyan şəhərində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb... 


Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 800 m² olan anbarın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 20 m² sahədə və bitişik ümumi sahəsi 160 m² olan ikimərtəbəli (hər mərtəbəsi 80 m²) tikilinin...

Ümumi məlumat


Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.

 

Önləyici tədbirlər

Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.

Nəticələrinin aradan qaldırılması

əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;

Normativ tənzimləmə

Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Rəhbərlik haqqında məlumat


Pərviz Mustafa oğlu Vəliyev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti polkovniki.

06.08.1968-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşdur,
1993-cü ildə Azərbaycan Dövlət Tibb İnistitutunu bitirmişdir.
Ailələidir, 4 övladı var.

Salman İsrafil oğlu Məmmədov

Azərbaycan Respublikası FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı.

05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 2 övladı var.

 

 

Tale Nadir oğlu Əlirzayev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisinin muavini, tibb xidməti mayoru.

25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.
2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.